Bu səhifə korrektə edilib
VAR
Əziz dostum, xəbər alsan halımı,
Deyə bilməm, məni dərdə salan var.
Daha bundan artıq tab eyləmərəm,
İntizaram, gözü yolda qalan var.
Bir rəhm eylə gözdən axan yaşıma,
Təcüb qaldı cərxi-fələk işimə.
Hərdən-hərdən gəldim yollar başına,
Dedim, bəlkə yar yanından gələn var.
Göz yaşımla namə yazdım canana,
Aman, ayrılığı kar etdi mana.
Axdı eynim yaşı döndü ümmana,
Qəvvas olub dəryalara dalan var.
Əzəl başdan mən yanıram, yar mənim,
Qızılgülüm niyə qucur xar mənim?
Bu səbəbdən intizarım var mənim,
Məndən qeyri həsrətindən ölən var?
Uşaqlıqdan çox çəkmışəm cəfasın,
Seyraqublar niyə sürsün səfasın?
Abdullanın görməmisən vəfasın,
Nazlı yarın sözlərində yalan var.
46