Varmı (Annaqılınc Möhtaci)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Varmı
Müəllif: Annaqılınc Möhtaci
Mənbə: Ramiz Əskər, Türkmən şeiri antologiyası (XVII-XIX əsrlər). Bakı, MBM, 2011, 400 s. səh.347.

Xəbər verin, ey yaranlar,
Yazılanı pozan varmı?
Sevdiyindən ayrılanlar,
Firqətinə dözən varmı?

Aşiqlər qaçmaz adından,
Ellər yatmaz fəryadından,
Fərhad kimi eşq odundan
Qara dağı qazan varmı?

Gah qaynayıb, gah da coşub,
Kaknus kimi yanıb-bişib,
Yarı ilə başın qoşub,
Həmdəm olub gəzən varmı?

Altmışdan keçəndə salı,
Qalmaz könlündə xəyalı,
Möhtaci der, mənim yalı,
Yardan əlin üzən varmı?