Varmı (Koroğlu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Varmı
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Binadan gözəl olmayan
Telin qədrini nə bilər,
Çöldə gəzən boz sərçələr
Gülün qədrini nə bilər.

Kal qoşub kotan əkməyən,
Nanın süfrəyə tökməyən,
Arının qəhrini çəkməyən
Balın qədrini nə bilər?

Utan, qoç Koroğlu, ytan,
Dağların damənin tutan
Sənin kimi başa çatan,
Elin qədrini nə bilər?