Varsam inanmaz

Vikimənbə saytından
Varsam inanmaz
Müəllif: Kəminə
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

İş salışdım bir bivəfa yar ilə,
“Yarım” deyib yanına varsam inanmaz.
Sümükdən sızdınb etibar ilə,
Oda düşsəm, bişsem, yansam, inanmaz.

Leyli — Məcnun kimi çöllərə çıxsam,
Aızu-Qəmbər kimi dəryädä axsam,
Fərhad — Şirin deyib dağlan yıxsam,
Daşlann altında qalsam inanmaz.

Gör nə işlər etdi Vamiqü Əzra,
Sayatxan deyib qoydu yannı Xəmra.
Dəftərdə yazılan Yusif-Züleyxa,
Onlann həmrası olsam, inanmaz.

Qərib olub Hələb, Şirvana qaçsam,
Yanm Şahsənəm deyib örtənib bişsəm,
Onlar kimi yeddi ildə qovuşsam,
İzində sarahb solsam, inanmaz.

Mən sevər yanmı ala bilmədim,
Bu rəqib tən etdi gülə bilmədim.
Nazlı yann uğrun bilə bilmədim,
Ağlasam aldanmaz, gülsəm inanmaz.

Kəminə der: arzum yara yetirsəm,
Gönlümdəki sirrim dilə gətirsəm,
Yeməsəm, içməsəm, gözlüb otursam,
Ac qalsam, susasam, ölsəm, inanmaz.