Vaxtı dеyil
Görünüş
| Vaxtı deyil Müəllif: Molla Pənah Vaqif |
Getdim ala gözlü yarla danışam,
Dedi oğlan, dur get, söz vaxtı deyil.
Arif çoxdur, etmək olmaz işarət,
Oynatma qaşını, göz vaxtı deyil.
Cadu qəmzələrin mənlən yağıdır,
Bad əsir, zülfünü üzdən dağıdır,
Bundan sonra öpüb, qucmaq çağıdır,
İxtilat keçibdir, söz vaxtı deyil.
Vaqif deyir, yalvar yara, könlün al,
Bir busə diləyib, boynuna qol sal,
Ara xəlvət ikən, etmə qilü qal,
Tez ol, çıxdı canım, naz vaxtı deyil.