Vikimənbə:Günün mətni/dekabr 20

Vikimənbə saytından

Leyli ilə Məcnunun görüşməsi
Nizami Gəncəvi

Tezdən duran Xosrov səhər vaxtında,
Sevinclə əyləşdi şahlıq taxtında.
Günəş ki, eşq ilə öpdü gündüzü,
O eşqə baş əydi bütün yer üzü.
Gözlərə nur verən bu işıqlı gün
Novruz bayramından xoş idi o gün.
Arzu kəmərini bağlamışdı baxt,
Qüssə dağılmışdı dünyadan o vaxt.
Leylinin ayağı zəncirdən azad,
Aləmi ay kimi gəzirdi dilşad.
Heç kəsdən çəkinib qorxmayan o qız
Aşkara dərd çəkib, ağlardı yalqız.
Canı qurtarmışdı ər qayğısından,
Artıq güdməyirdi onu bir insan.
Qəlbində alovlar, yanıb ağlardı,
Nə ata, nə ana qorxusu vardı.
O, evdə, sarayda, məhəllədə tək
Gəzirdi, üzünü əllə örtərək.
Hər dəmdə bir könül axtardığından,
Hər qəlbə peyam da verirdi pünhan.