Vikimənbə:Günün mətni/dekabr 25
Görünüş
Zeydin Leyli və Məcnunu yuxuda görməsi
Nizami Gəncəvi
Bütün ömrü boyu dərd əhli olan
Zeydə rəhmət olsun, görüm hər zaman.
O, nur çeşmələrin məqbərəsindən
Bir an da uzağa getməzdi, bilsən!
Leyliylə Məcnunun nə vaxtdan bəri
Eşq üçün dediyi xoş qəzəlləri
Bəsirət gözüylə hafizəsindən
Arayıb, axtarıb, toplayıb bəzən,
Gəlib gedənlərə verərdi xəbər,
Afərin deyirdi qulaq verənlər.
O iki aşiqdən qalan yadigar,
Aləmə Zeyd ilə oldu aşikar.
Bir gün dostlarını anaraq yenə
Ağlayıb onların bu taleinə,
Dedi: "Nakam ölən, yazıq aşiqlər
İndi bir-birindən tuturmu xəbər?
Bəlkə yer altında kərpiç olmuşlar,
Ya behişt taxtında tutmuşlar qərar.