Vikimənbə:Günün mətni/mart 26

Vikimənbə saytından

Tövhid
Həbibi

Ədəmdən ta ki, aləm oldu peyda,
Bulunmadı tapuna mislü həmta.
Sana kim bənziyə, ey dilrüba, kim
Ki, sənsən o əltafı-əsli həyula1.
Xəyalın xeylidür, ey şahi-əzəm,
Edən canü könül mülküni yəğma.
Pərişan zülfinin sevdalarından
Dimağım doldu fasid fikri-sevda.
Ləbi-ləlin fəraqından axıbdır
Gözüm hər dəmbədəm xuni-suvəyda.
Gözüntək görmədi bir fitnə əngiz
Olaldan dövri-aləm çeşmi bina.
Görəldən nərgisi-məxmurin, ey dust,
Cəhan xalqına oldum məstü rüsva.
Cəhanda qalmadı bir zərrə zülmət,
Olaldan gün yüzün nuri hüveyda.
Cəmalin müshəfin eynim görəldən,
Könülə rövşən oldu sirri-əsma.
Yüzündür ayəti-Səbülməsani,
Sözündür xud əsəh-əsmai-hüsna.