Vikimənbə:Günün mətni/may 9

Vikimənbə saytından

Rəsullular İkinci Dünya müharibəsində
Araz Yaquboğlu

1 sentyabr 1939-cu ildə başlayan II Dünya Müharibəsinə Sovеt İttifaqında yaşayan xalqlardan səfərbər edilən çağırışçılar içərisində azərbaycanlılar da az olmamışdır. Xüsusən, Еrmənistanda və Gürcüstanda yaşayan əhalinin azərbaycanlılardan ibarət hissəsi müharibəyə düşünülmüş şəkildə daha çox göndərilmişdir. Bu sətirlərin müəllifi Araz Yaquboğlunun 2005-ci ildən apardığı genişmiqyaslı tədqiqatlar zamanı məlum olmuşdur ki, Göyçə mahalının Daşkənd kəndindən II Dünya Müharibəsinə 250 nəfər səfərbər olunmuş və bu çağırışçılardan təxminən yarısı, yəni 126 nəfəri itkin düşmüş, həlak olmuşdur. Qalanlardan 122 nəfər müharibə veteranı kimi doğma kəndlərinə qayıtmış, biri Amerikada (Məhərrəm Musayev), biri isə Türkiyədə (Niftalı Xəlilov) qalıb yaşamışdır. Aparılan tədqiqatın nəticəsi tərəfimizdən “Respublika Xatirə Kitabı Redaksiyası”na təqdim olunmuş və “Azərbaycan Respublikası Xatirə Kitabı” adlı ensiklopediyada (8 ədəd əlavə şəkil olmaqla) çap olunmuşdur (“Azərbaycan Respublikası Xatirə Kitabı” , XI cild, “Respublika Xatirə Kitabı Redaksiyası”. Bakı, 2011. səh.641-647.).
Bu müharibə Rəsullular nəslindən də yan keçməmiş, hətta bir çoxları bu müharibəyə könüllü olaraq getmişdir. Onlarla müharibə veteranımız var idi. Ona qədər adamımız isə bu müharibədə itkin düşdü, həlak oldu.