Vikimənbə:Günün mətni/noyabr 20

Vikimənbə saytından

Məcnunun ahuları azad etməsi
Nizami Gəncəvi

Dinləyin bu ötən, sədəfli sazı,
Görün nələr deyir onun avazı:
Murada çatmamış o yaralı quş,
Qəlbi intizara, dərdə tutulmuş,
Nofəldən ayrılıb çapdı atını,
At açdı çöllərdə yel qanadını.
Nofəl, o əhdinə çıxdı vəfasız,
Məcnun oxuyurdu səhrada yalqız.
Hər kiçik təpəyə üz tutub bəzən,
Şikayət eylərdi öz taleindən.
Göz yaşı tökərək o yürüyürdü,
Uzaqdan qurulu bir tələ gördü.
Tələyə düşmüşdü bir-neçə ceyran,
Yazıqlar bağlıydı əldən ayaqdan.
Qəsdinə durmuşdu ovçu onların,
Qanını tökməyə o ceyranların.
Məcnun səyirtdi ki, yetsin köməyə,
Ovçu da dayandı: "Gələn var" deyə.
Dedi: "Tələ üstə çıxmışam birdən,
Adət qonağıyam, özün bilirsən.
Ahular başından götür tələni,
Onları azad et, sevindir məni.