Vikimənbə:Günün mətni/noyabr 28

Vikimənbə saytından

Leylinin xəyalına Məcnunun şikayət etməsi
Nizami Gəncəvi

Belə bəzənmişdi o, nazik bədən,
Bu bəzəklə çıxdı o, kəcavədən:
Hörmətcil kişinin evindəki yar,
Min nəqqaş gözünü kor qoyan nigar
Ərinə bağlanıb qalsa da üzdən,
Dost deyib ağlardı könüldən, gözdən.
Məcnun bu işlərdən tutunca xəbər,
Dağıtdı qəlbini yeni qüssələr.
Pak düşüncələri artdıqca onun,
Birə min olmuşdu dərdi Məcnunun.
Qanadsız quş kimi sürünürdü, bax,
Quruca nəfəsi qalmışdı ancaq.
Axtarırdı yazıq, həyat suyunu,
Daima dörd gözlə gəzirdi onu.
O, canan yurduna üz tutub gəldi,
Həsrətdən tük kimi canı incəldi.
Küləklə söylədi dərdini ona: