Vikimənbə:Günün mətni/noyabr 3

Vikimənbə saytından

Məni inkar edənlərdən şikayət
Nizami Gəncəvi

Coşmaq zamanıdır, coş, ey könül, sən,
Dünyaya dil verən dinməyir nədən?
Gəldi söz meydanı, mənəm sənətkar,
Bu gün məndən gözəl söz deyənmi var?
Əlimin muzduyla dolanıram mən,
Calalım yaranır söz xəzinəmdən.
Bu səhər sehrini yaradan zaman,
Bütün yeddi fəsli dedim qurandan.
Bu halal, bu açıq sehrə baxın siz,
Günahdır bu sehri danmaq, şübhəsiz.
Bu söz sənətində elə kamiləm
Ki, qeyb ayinəsi adımdır bu dəm.
Mənim dil qılıncım iti füsunkar,
İsa möcüzundən onda nişan var.
Nəzmimdə nə qədər mənim əsər var
Lal gər eşidərsə onu, dil açar.
Alışar göz kimi sözüm qızanda,
Barmaq toxundurma, alov var onda.
Arxımdan su içdi şerlə sənət,
Mənlə şöhrət tapdı sözdəki qüvvət.
Bu qarın otaran duzsuz şairlər
Sayəmdə dünyanı basıb yedilər.