Vikimənbə:Günün mətni/noyabr 30

Vikimənbə saytından

Məcnunun atasına cavabı
Nizami Gəncəvi

Oğul atasına çox qulaq asdı,
Onun hər sözünü qəlbinə yazdı.
İstədi iki gün səbr edib dözsün.
Bu sövda yolundan o ayaq üzsün.
Eşqə tövbə demək istədi, fəqət.
Tövbə qulağını çəkdi məhəbbət.
Məhəbbət fili də qoyar piyada,
Ona diz çökənlər mərddir dünyada.
Bu, keçə şiridir, o, meşə şiri,
Bu, həmişə tikər, yırtar o biri.
Eşqin kamanından ox atsa bəşər,
Onun öz əlini o, şil-küt eylər.
Məcnun toplayaraq öz qüvvətini,
Dinləyib atanın nəsihətini,
Dedi: "Ey nəfəsi ruhuma qüvvət,
Sənsən müşgülümü düzəldən, əlbət.
Sözün, nəsihətin dimağımdadır,
Bax, qulluq halqan da qulağımdadır.