Vikimənbə:Günün mətni/oktyabr 8

Vikimənbə saytından

Parisdən-Tehrana
Cəfər Cabbarlı

“İrzaxan", sən məşədi, mən Hacıyam,
Sən elin qəmçisi, mən qırmacıyam.
Sən bir az "çəp” yürüyən,
Mən də bir az qıyqacıyam.
İkimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?

Gəl bir az əyri otur, düz danışaq:
Şah sən ol ya "mən" olum varmı maraq?
Söz gedir təxt ilə tac üstə, qoçaq.
Sən bu təxtin susuzu, mən acıyam.
İkimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?