"Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Ət-Tövbə surəsi" səhifəsinin versiyaları arasındakı fərqlər

Jump to navigation Jump to search
redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
{{ayə|9|106}} (Bədəvilərdən və Mədinə əhalisindən) döyüşə getməyənlərin bir qisminin də işi Allaha qalıb. Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
 
{{ayə|9|107}} (Quba məscidinə və müsəlmanlara) zərər vurmarvurmaq, küfr etmək, mö’minlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: "Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik",- deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!
 
{{ayə|9|108}} (Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mə’nəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!
Anonymous user

Naviqasiya menyusu