Qarışqa və milçək: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
NKOzi (müzakirə | Fəaliyyətlər)
Səhifəni '<poem>Dedi bir gün qarışqaya milçək: – Sən zirəksən və ya ki mən zirək? Hara mən istəsəm uçub gedərəm, Özümə hər yeri yuva edərəm. Hər xörək üst...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{header
| title = Qarışqa və milçək
| author = Abbas Səhhət
| translator =
| section =
| previous =
| next =
| year =
| notes =
| categories =
| portal =
}}

<poem>Dedi bir gün qarışqaya milçək:
<poem>Dedi bir gün qarışqaya milçək:
– Sən zirəksən və ya ki mən zirək?
– Sən zirəksən və ya ki mən zirək?

13:03, 19 oktyabr 2013 versiyası

Şablon:Header

Dedi bir gün qarışqaya milçək:
– Sən zirəksən və ya ki mən zirək?
Hara mən istəsəm uçub gedərəm,
Özümə hər yeri yuva edərəm.
Hər xörək üstünə qonub yeyərəm,
Səndən artıq hünərliyəm deyərəm.
Məni hərgah ki qovsalar, qaçaram,
Uçmağa onda qol-qanad açaram.
Qanadım vermiş ixtiyar mənə,
Yoxdur əsla qəmim, nə var mənə?
Xörəyimdir həmişə amadə,
Kim yaşar mən kimi bu dünyadə?
Xazgahım hərirü dibadır,
Mənzilim bizmi-şahü paşadır.
Yoxdur əsla nə hörmətin, nə yerin,
Söylə, aya, nədir sənin hünərin?
Dedi qarışqa: – Kəs daha sözünü,
Bəsdir, az tərif eylə öz-özünü.
Yay günü yığmayanda mayəhtac,
Qış olanda, odur, qalarsan ac.
Çəkərəm yayda mən əgərçi cəfa,
Sürərəm qış zamanı leyk səfa.
İşdən ötrü ki, getmədi tənbəl,
İşinin axırı olar əngəl.
Çəksə hər kim ki, bir qədər zəhmət,
Olar, əlbəttə, aqibət rahət.