Söz (Mirzə Ələkbər Sabir): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: <poem> Ey söz, nola dersəm sənə xürşidi-səmavat, Səndən alıyor nurü ziyayi həmə zərrat. Bir nuri-həqiqətsən, edib həq səni nazil Kim, bəxş edəsən gülşəni-na...
 
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Başlıq
| başlıq = Söz
| müəllif = Mirzə Ələkbər Sabir
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}

<poem>
<poem>
Ey söz, nola dersəm sənə xürşidi-səmavat,
Ey söz, nola dersəm sənə xürşidi-səmavat,

20:12, 8 fevral 2014 versiyası

Söz
Müəllif: Mirzə Ələkbər Sabir


Ey söz, nola dersəm sənə xürşidi-səmavat,
Səndən alıyor nurü ziyayi həmə zərrat.

Bir nuri-həqiqətsən, edib həq səni nazil
Kim, bəxş edəsən gülşəni-nasütə füyüzat.

Gəh lövhdə məstur, qələmdən gəhi cari,
Gəh ərşdə misbah, gəhi fərşdə mişkat.

Sübhi-əzəlidən uzun etdikdə təcəlli,
Məhv oldu cəhanı bürüyən dudeyi-zülmat.

Olmuş bütün ərbabi-nəzər aşiqi-hüsnün,
Təniri-üsyan eyləyir ərbabi-kamalat.

Bir möhibəyi-lütfi xudasən ki, həqiqət,
Insanlar edir zatın ilə fəxrü mübahat.

Sərkəşləri həp taətə məcbur ediyorsan,
Təsiri-nüfüzünla ərir sanki cəmadat.

Ey bariqeyi-fikr, əya leməyi-vicdan!
Ey şəşəeyi-qəlb, əya nuri-xəyalat!

Növi-bəşərə tərbiyə bəxş olduğun üçün -
Gər dənsə səzadır sənə ümmul-ədəbiyyat.

Sənsən füsəhayi-ərəbı eylədin ilzam,
Izhar bəlağətlə, əya nuri-məqamat.

Vicdanü dili-Sabirə nəşr eylə füyuzin,
Ta kim, bitə könlündə rəyahini-kəmalat.