Dilənçi və xəsis (Seyid Əzim Şirvani): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '<poem> Var idi bir bəxili-sahibmal, Bir fəqir gəldi ondan etdi sual, Dedi ki, müstəhəqqəm, ey mövla, Mənə vəchi-kifaf eylə əta. Dedi: - Bir söz deyim, gər ...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Başlıq
| başlıq = Dilənçi və xəsis
| müəllif = Seyid Əzim Şirvani
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}

<poem>
<poem>
Var idi bir bəxili-sahibmal,
Var idi bir bəxili-sahibmal,

11:38, 12 fevral 2014 tarixindəki versiya

Dilənçi və xəsis
Müəllif: Seyid Əzim Şirvani


Var idi bir bəxili-sahibmal,
Bir fəqir gəldi ondan etdi sual,
Dedi ki, müstəhəqqəm, ey mövla,
Mənə vəchi-kifaf eylə əta.
Dedi: - Bir söz deyim, gər etsən əməl
Sənə ehsan olur “fəmən-yəməl”.
Eyləsən gər mənim sözümü rəva,
Edərəm hər nə xahiş etsən əta.
Şad olub ol fəqirü bisərü pa,
Dedi: - Etdim qəbul, ey ağa,
O nə sözdür, onu bəyan eylə,
Dürci-ləl aç kühər fəşan eylə.
Sözüvü vəhy tək hesab edərəm,
Ta ki, təhsilinə şitab edərəm.
Dedi: - Ol söz budur, ey əhli-təəb,
Heç bir zad məndən etmə tələb.
Bundan özgə muradın, ey sail,
Hər nə müşkül ola olur hasil.
Sayyida, olma sən vəbali-bəxil,
Özünün vizri oldu mali-bəxil.
Tutma göz dövlətü mənalından,
Yemə loğma bəxil malından.
Tələbi-teyyibati-təhsindir,
“Əl xəbisati lil-xəbisinin” dir.