Ah eylədiyim sərvi-xuramanın üçündür: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
New page: Ah eylədiyim sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xəndanın üçündür.

Sərgəştəliyim kakili-mişkinin ucundan
Aşüftəliyim zülfi-pərişan...

Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Başlıq
| başlıq = Ah eylədiyim sərvi-xuramanın üçündür
| müəllif = Məhəmməd Füzuli
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =

Ah eylədiyim sərvi-xuramanın üçündür,

Ah eylədiyim sərvi-xuramanın üçündür,

Qan ağladığım qönçeyi-xəndanın üçündür.

Qan ağladığım qönçeyi-xəndanın üçündür.

19:15, 14 fevral 2014 tarixindəki versiya

Ah eylədiyim sərvi-xuramanın üçündür
Müəllif: Məhəmməd Füzuli

Ah eylədiyim sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xəndanın üçündür.

Sərgəştəliyim kakili-mişkinin ucundan
Aşüftəliyim zülfi-pərişanın üçündür.

Bimar tənim nərgisi-məstin ələmindən,
Xunin ciyərim ləli-dürəfşanın üçündür.

Yaxdım tənimi vəsl günü şəm tək, əmma
Bil kim, bu tədarük şəbi-hicranın üçündür.

Qurtarmağa yəğmayi-qəmindən dilü canı,
Səyim nəzəri-nərgisi-fəttanın üçündür.

Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar,
Can içrə səni bəslədiyim anın üçündür.

Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli,
Ol vəsf sənin külbeyi-əhzanın üçündür.