Ey mələksima ki, səndən özgə heyrandır sana: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 1: | Sətir 1: | ||
{{Ərəblə|ای ملک سیما که سندن اوزگه حئیراندیر سنه}} |
{{Ərəblə|ای ملک سیما که سندن اوزگه حئیراندیر سنه}} |
||
{{Başlıq |
|||
| başlıq = Ey mələksima ki, səndən özgə heyrandır sana |
|||
| müəllif = Məhəmməd Füzuli |
|||
| tərcüməçi = |
|||
| bölmə = |
|||
| əvvəlki = |
|||
| növbəti = |
|||
| il = |
|||
| qeydlər = |
|||
}} |
|||
<poem> |
<poem> |
||
Ey mələksima ki, səndən özgə heyrandır sana, |
Ey mələksima ki, səndən özgə heyrandır sana, |
18:17, 15 fevral 2014 tarixindəki versiya
Ey mələksima ki, səndən özgə heyrandır sana Müəllif: Məhəmməd Füzuli |
Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həq bilir insan deməz, hər kim ki, insandır, sana.
Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana.
Aləmi pərvaneyi-şəmi-cəmalın qıldı eşq,
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.
Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.
Çıxma yarım, gecələr, əğyar tənindən saqın,
Sən məhvi-övci-məlahətsən, bu nöqsandır sana.
Padişahım, zülm edib aşiq sana zalim demiş,
Xuburlardan yaman gəlməz, bu böhtandır sana.
Ey Füzuli, xuburlardan təğafüldür yaman,
Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana!