Şahbaz bəyə: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 60: Sətir 60:




[[Kateqoriya:Seyid Əzim Şirvani]]
[[Kateqoriya:Seyid Əzim Şirvaninin şeirləri]]

18:04, 28 noyabr 2014 versiyası

Şahbaz bəyə
Müəllif: Seyid Əzim Şirvani


Qəsidə

Hər aşiqi-sitəmzədə kim, pakbaz olur,
Daim zəmanədə işi suzü güdaz olur.
Görməz həqiqi aşiq olan vəsli-yarını,
Bəzmi-vüsal qisməti-əhli-məcaz olur.
Əhli-hünər cahanda oiur çox niyazmənd,
Hər kəs ki, bihünərdü o kəs biniyaz olur.
Şahi gədayə çərx cdər sahib-irtica,
Məhmud könlü bəsteyi-zülfi-Əyaz olur.
Ədnayədir nəvazişi bu çərxi-əxzərin,
Bilməm sipehri-dun niyə odnanavaz olur?!
"Fəali-mayüridi"* salır xaki-zillətə,
"Məfüli mən ərad"† dönüb sərfəraz olur.
Qəddin xəm eyləyib ona gərdun qılar nəmaz,
Hər mərdi-xubtinət kim, binəraaz olıır.
Abai-səbədir mənə düşmən, həm ümməhat,
Meydani-qəmdə hər gecə bu türkü taz olur.
Eylər piyazi çərx əsəl kami-ğeyrdə,
Həlva yesəm və leyk mənimçün piyaz olur.
Gahi-simaki-rameh olur tirə könlümə,
Gahi-simaki-əzəl ona çarəsaz olur.
Sibtilərin müxalifı Qibli olur, vəlı
Oövmi-Qüreyş xəsmi-rəsuli-Hiçaz olur.
Haşa qılır, sobatım alır çərxi-nərdbaz,
Məşhıırdir ki, mərdi-ınüqəmmordə baz olur.
Seyri-sipehrdən nə horasım, əgor mənə
Fəryadrəs zəmanodə ol Şahbaz olur?
Ol şahibazi-əsr ki, ədlindən ol şəhin
Güncüşk aşiyani həmon çeşmi-baz olur.
Ol şahibazi-övci-ədalət ki, dərgohi
Lütf ilə əhli-fəqrə şəbü ruz baz olur.
Ol sərfərazi-mülki-səxa kim, cənabına
Hər kimsə kim, dəxil düşər sərfəraz olur.
Seyyid dəxildir senə, ey mənbəyi-əta,
Xövf etməsin ki, aləm ara biniyaz olur.
Cismi-cahannümadü zəmirin zəmanədə,
O1 camdən əyanə golır, hər nəvaz olur.
Ey tacidar, haləti-pürixtilahını
Gər yekbəyek yazam sənə, qissə diraz olur.
"Xeyrül-kəlam qəllə və dəllə"* demiş həkim,
Hikmət yanında tul süxən bicəvaz olur.
Öz yazdığım kəlam özümə xoş gəlir, vəli
Şayəd ki, ğürbeyi-məsoli-şahbaz olur.
Mən xuşəçini-xirməni-ehsanınam sənin,
Lütf eyləsən, bu il yenə halım təraz olur.
Naz eyləsəm, nə eybi var, öz Şahbazıma,
Adətdü nazpərvər olan əhli-naz olur.