Gün və külək: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 40: Sətir 40:
İş əlində həlim olan çaşmaz.</poem>
İş əlində həlim olan çaşmaz.</poem>


[[Kateqoriya:Abbas Səhhətin şeirləri]]
[[Kateqoriya:Ən yeni dövr şeirləri]]

14:34, 13 dekabr 2014 versiyası

Gün və külək
Müəllif: Abbas Səhhət

Bir zaman oldu belə bir qovğa,
Külək ilə gün etdilər dava.
Dedi əvvəl külək: – Edək bir fən,
Mən görək güclüyəm və ya kim sən?
Gün dedi: – Bax budur, bu dağda çoban,
Gücünü hər nə varsa, eylə əyan;
Hansımız açdırar onun yaxasın,
Bacarıb da çıxartdırar çuxasın,
Deyərik kim, onun gücü çoxdur,
Ona dünya üzündə tay yoxdur.
Külək ol dəmdə bərk əsib – qayaya,
Toz qopartdı, güc eylədi çuxaya.
Çuxasın çəkdi ol çoban başına,
Getdi söykəndi bir qaya daşına.
Nə qədər yel soyutdusa havanı,
Çoban artıq büründü bərk çuxanı.
Vermədi bir nəticə tədbiri,
Bəlkə bərəks oldu təsiri.
Günə növbət çatan kimi o zaman
Vəsəti-asimanda oldu əyan.
Belə bir isti torpağa saldı,
Alışıb yanmağa çöl az qaldı.
Çobana isti güc gəlib o zaman
Çuxasın, paltarın çıxartdı haman.
Yel çalışdı nə qədər qurdu kələk,
Yenə axırda oldu gün zirək.
Güc və zor ilə heç bir iş aşmaz,
İş əlində həlim olan çaşmaz.