Vətən (Abbas Səhhət): Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
k Kateqoriya:XX əsrin şeirləri əlavə olunduHotCat |
Redaktənin izahı yoxdur |
||
Sətir 41: | Sətir 41: | ||
</poem> |
</poem> |
||
[[Kateqoriya:Abbas Səhhətin məsnəviləri]] |
|||
[[Kateqoriya:XX əsrin şeirləri]] |
[[Kateqoriya:XX əsrin şeirləri]] |
09:19, 25 yanvar 2015 tarixindəki versiya
Vətənim Müəllif: Abbas Səhhət |
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə namü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstünde onu.
Südüdür ki, dolanib qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!