Könlüm açılır zülfi-pərişanını görgəc.: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 32: Sətir 32:
<br>
<br>
<br>
<br>
[[Kateqoriya:Məhəmməd Füzuli]] [[Kateqoriya:Füzuli qəzəlləri]]
[[Kateqoriya:Qəzəllər]]

10:15, 16 fevral 2015 tarixindəki versiya

Könlüm açılır zülfi-pərişanını görgəc
Müəllif: Məhəmməd Füzuli


Könlüm açılır zülfi-pərişanını görgəc.
Nitqim tutulur qönçeyi-xəndanını görgəc.

Baxdıqca sənə qan saçılır didələrimdən,
Bağrım dəlinir navəki-müjganını görgəc.

Rənalıq ilə qaməti-şümşadı qılan yad,
Olmazmı xəcil sərvi-xuramanını görgəc.

Çox eşqə həvəs edəni gördüm ki, həvasın
Tərk etdi, sənin aşiqi-nalanını görgəc.

Kafər ki, deyil mötərifi-nari-cəhənnəm.
İymanə gələr atəşi-hicranını görgəc.

Naziklik ilə qönçeyi-xəndanı edən yad,
Etməzmi həya ləli-dürəfşanını görgəc.

Sən hali-dilin söyləməsən, nola, Füzuli.
El fəhm qılır çaki-giribanını görgəc.