Sisianovun Cavad xana ilk məktubu: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Sisianovun Cavad xana ilk məktubu | müəllif = Pavel Sisianov | keçidsiz müəllif = | tərcüməçi = | ke...' ilə yarat
(Fərq yoxdur)

08:53, 26 iyun 2015 tarixindəki versiya

Sisianovun Cavad xana ilk məktubu
Müəllif: Pavel Sisianov
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: AZƏRBAYCAN TARİXİ. XIX – XXI əsrin əvvəli. Bakı, 2010. səh 19-20.

Tiflis 25 fevral 1803-cü il: "Hörmətli məmurunuz Gürgün bəylə göndərdiyiniz məktubu aldım. Orada Sizin dinc, müttəfiq və dostcasına qonşuluq ilişkisi saxlamaq meylinizi gördüm. Bu sözlərin sidq ürəklə yazıldığını qəbul edərək Sizin şəxsi rifahınız üçün qəlbən sevinir və yenilməz qalacaq bu rifahınız münasibətilə Sizi təbrik edirəm. Zira Sizi və sizin xalqı... lütfkar rus imperatoru öz himayəsinə götürür. Sizin etimadınızın qarşılıqlı keçəcəyinə təbəəliyinizin Gürcüstanla bağlı bütün işlərində şahid olacaqsız. Gürcüstanla, eləcə də sərhəd qonşuları ilə bağlı hər hansı bir məsələ Sizin rəyinizlə, yalnız Sizin icazəniz... alınandan sonra qəti və qanuni qaydada yoluna qoyulacaqdır. Çünki əlahəzrət hökmdarım məndən bunu tələb edir. Lakin Sizin şərafətli etimadınızın... ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuz Uğurlu ağanı əmanət kimi Tiflisə göndərəydiz. O, burada ləyaqətinə və mənsəbinə uyğun ehtiram və hörmət sahibi olacaqdır. Bu təmənnam yerinə yetirilsə, onu Gəncə ilə Gürcüstan arasında heç bir ayrı-seçkiliyin olmayacağı barədə xeyirxah vədənizin əməli timsalı kimi qəbul edəcəyəm. Bundan başqa, Sizin ucalığınıza bəslədiyim dostcasına münasibətimin kiçik rəmzi kimi mehriban Gürgün bəylə hər biri on arşınlıq məxmər və atlas hədiyyə göndərir və həmişə qulluğunuzda hazır olduğumu bildirirəm".