Var (Ey mələk simalım, qəddi minalım): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Aydınlaşdırma|Var (dəqiqləşdirmə)}} {{Başlıq | başlıq = Var | müəllif = Növrəs İman | keçidsiz müəllif = | tərcüməçi...' ilə yarat
(Fərq yoxdur)

13:21, 12 avqust 2015 tarixindəki versiya

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Var
Müəllif: Növrəs İman

Ey mələk simalım, qəddi minalım,
O sərxoş baxışda əlamətin var.
İsgəndər cəlallım, hatəm səxalım,
Eşqindən başımda qiyamətin var.

Dilimin kəlməsi ayeyi-Qur'an,
Telinə sadaqa varımdı bir can.
Yaraşır şəninə bu gülli-cahan,
Yusifi-Kənana şəbahətin var.

Dahanın çeşmeyi-Abi-Səlsəbil,
Verib qudrətindən cabbarü cəlil.
Ədalətdə sənsən, söylərsən dəlil,
Məhşərdə möminə şəfaətin var.

Yüz desəm vəsfini, gəlməz hesaba,
Cəbinnn- təşbehdi qövseyniqaba.
Qədmindən öpən batar səvaba,
Yazılmış, sinəmdə hekayətin var.

Səni xəlq eyləyib qadiri-sübhan,
Cəmi gözəlliyin nişanbanişan.
Pərtövü camalın şövkəti-rizvan,
İman tək quluna hidayətin var.