Gözlərin (Əbülqasim Nəbati): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
 
Sətir 1: Sətir 1:
{{aydınlaşdırma|Gözlərin}}
{{Başlıq
{{Başlıq
| başlıq = Gözlərin
| başlıq = Gözlərin

Səhifəsinin 16:28, 7 avqust 2017 tarixinə olan son versiyası

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözlərin
Müəllif: Əbülqasim Nəbati
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Susuyubdur genə kimin qanına,
Xumar-xumar baxar hara gözlərin?
Nola bir də dolanaydım başına,
Qurbanı olaydım qara gözlərin!

Müqəvvəs qaşların etginən kaman,
Çəkginən müjgandan tiri-cansitan,
Bu xəstə canımı qılginən nişan,
Qoy etsin köksümü para gözlərin.

Sənubər qamətin, ey sərv rəftar,
Şümşadü ərəri etdi şərmsar,
Nə yalqız etmisən məni xarü zar,
Çoxları gətirib zara gözlərin.

Arizin dövründə zülfi-müşginab,
Qoymaz şəfəq salsın türsi-afitab,
Hökm qıl götürsün sayəsin səhab,
Bu dərdə eyləsin çara gözlərin.

Üzün şəşəəsi ey şəmi-Çəkil,
Xurşidi-xavəri etdi münfəil,
Belə ki, eşq odu oldu müştəil,
Çəkdirə həqq məni dara gözlərin.

Xədəngi-xunrizin, ey şirin mənzər,
Xosrovu təxtindən etdi dərbədər,
Həlqə edib əldə zülfi-müənbər,
Nə sehr oxur genə mara gözlərin?

Təzə gültək açılıbsan səhərdən,
Müzəyyən olusan ləlü gühərdən,
Yaxşı saldın Nəbatini nəzərdən,
Əcəb mail olmuş xara gözlərin!