Vətən (Abbas Səhhət): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k Araz Yaquboglu Vətənim (Abbas Səhhət) səhifəsinin adını Vətən (Abbas Səhhət) olaraq dəyişdi.
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{aydınlaşdırma|Vətənim}}
{{aydınlaşdırma|Vətən}}
{{Başlıq
{{Başlıq
| başlıq = Vətənim
| başlıq = Vətənim

18:09, 27 mart 2018 tarixindəki versiya

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Vətənim
Müəllif: Abbas Səhhət

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstünde onu.

Südüdür kim, dolanib qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.

Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!