Gözəl (Aşıq Fətulla): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
Sətir 1: Sətir 1:
{{aydınlaşdırma|Gözəl}}
{{Başlıq
{{Başlıq
| başlıq = Gözəl
| başlıq = Gözəl

Səhifəsinin 14:29, 28 aprel 2018 tarixinə olan son versiyası

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözəl
Müəllif: Aşıq Fətulla
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub.


Bir ah çəksəm, dağı-daşı əridər,
Bəsdi zinət verdin camala, gözəl.
Hər baxanda od salarsan könlümə,
Dəhanın batıbdı xub bala, gözəl.

Şirinsən dünyada hər bir gözəldən,
Vərqadan, Gtilşadan, Yusif-Kənandan,
Yanağın lalədi, olubdu xəndan,
Möhtacam ağ üzdə o xala, gözəl.

Qədrini bilənsən gövhər, zərin də,
Qızılgül əlində, cığa sərində,
Ağlın, huşun, söz-söhbətin yerində,
Afərin səndəki kamala, gözəl.

Əhvalım pozulub, halım pərişan,
Eşqidən ürəyim olubdu şan-şan,
Çəkirəm həsrətin, bilginən pünhan,
Bir yol rəhmin gəlsin bu hala, gözəl.

Nagah aldın Fətullanın canını,
Yox kimsəsi ala səndən qanını,
Almısan əlimdən din-imanımı,
Döndərdin qəddimi sən dala, gözəl.