Yatıb oyanmaz, oyanmaz: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 40: Sətir 40:
[[Kateqoriya:XIX əsrin şeirləri]]
[[Kateqoriya:XIX əsrin şeirləri]]
[[Kateqoriya:Yeni dövr şeirləri]]
[[Kateqoriya:Yeni dövr şeirləri]]
[[Kateqoriya:Varsağılar]]

12:27, 15 aprel 2020 tarixindəki versiya

Yatıb oyanmaz, oyanmaz
Müəllif: Şair Məmmədhüseyn
Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.11


Yönü bəri baxan dağlar,
Yatıb oyanmaz, oyanmaz.
Üstündəki ağır ellər,
Yatıb oyanmaz, oyanmaz.

Girdim yarın xanəsinə,
Laçın qonmaz binəsinə.
Əlim qoydum sinəsinə,
Yatıb oyanmaz, oyanmaz.

Qurbanam qələm qaşına,
Gör nələr gəldi başına.
Səs verrəm dostum guşuna,
Yatıb oyanmaz, oyanmaz.

Yarım yaman yatmış idi,
Ürbəndini atmış idi,
Müşk-ənbərə batmış idi,
Yatıb oyanmaz, oyanmaz.

İgidin dönməsin əhdi,
Yana çevrilməsin təxti.
Məmmədhüseynin qara bəxti,
Yatıb oyanmaz, oyanmaz.