Laylalar: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 120: Sətir 120:
Gecә-gündüz әllәrim
Gecә-gündüz әllәrim
Sәnin üçün duada.
Sәnin üçün duada.

Laylay nazım ağlama,
Sözüm, sazım ağlama.
Yazda dolan bulud tәk,
Can-cığazım ağlama.


Laylay ürәyim, bala,
Laylay ürәyim, bala,

04:26, 2 sentyabr 2020 versiyası

Laylalar
Müəllif: Şifahi xalq ədəbiyyatı

A lay-lay, gülüm lay-lay,
Gülüm, bülbülüm lay-lay.
Böyü, sənin sayəndə,
Mən də bir gülüm, lay-lay.

A lay-lay, quzum lay-lay,
Ayım, ulduzum lay-lay.
Sən hasilə çatınca,
Hər dərdə dözüm, lay-lay.

A lay-lay, yenə lay-lay,
Can deyim sənə lay-lay.
Sənə gələn dərd, bəla,
Qoy gəlsin mənə lay-lay.

Atım, tutum bu balanı,
Şəkərə qatım bu balanı.
Atası evə gələndə,
Qabağa tutum bu balanı.

Balam gəlir yatmağa,
Böyüyüb boy atmağa.
Sabah yuxusu şirin.
Qıymaram oyatmağa.

Balamın əl yaylığı,
Ortası zər yaylığı.
Hərə bir kərə desin,
Balama can sağlığı.

Dağların lalasına,
Gözlərin qarasına.
Analar qurban olsun,
Öz körpə balasına.

Əziziyəm, zirəsən,
Zəfəransan, zirəsən.
Qurban olum o günə,
Bir qapıdan girəsən.

Xırdacasan, məzəsən,
Sən hər güldən təzəsən.
Qurban olum o günə,
Ayaq tutub gəzəsən.

Qızıl gül bitib suda,
Birin çәk, birin buda.
Mәn durum keşiyindә,
Sәn yat şirin yuxuda

Laylay bala, gül bala,
Atmaz elin el, bala.
Başa bәla gәtirәn,
Əvvәl olar dil, bala.

Laylay çallam balama,
Xumar gözlü balama.
Yan üzәrlik, qadalar
Toxunmasın balama.

Lay-lay dedim adına,
Hay yetişsin dadına.
Boya-başa çatanda,
Məni də sal yadına.

Lay-lay dedim biləsən,
Düşməyəsən dilə sən.
Boya-buxuna çatıb.
Oynayasan, güləsən.

Laylay dedim boyunca,
Baş yasdığa qoyunca.
Yat sәn gül yatağında,
Baxım sәnә doyunca

Laylay deyim boyunca,
Baş yasdığa qoyunca.
Pardaxlan qızılgülüm,
Bir iylәyim doyunca

Laylay dedim, can dedim,
Yuxudan oyan dedim.
Sən yuxudan durunca,
Canımı qurban dedim.
 
Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində,
Şirin yuxu tapasan.

Laylay dedim yatınca,
Gözlәrәm ay batınca.
Gözümә şiş batırram,
Sәn hasilә çatınca

Laylay hәyatım, bala,
Arzu, muradım, bala.
Nә ki şirin– şәkәr var,
Yuxuna qatım, bala.

Laylay quşlar havada,
Balaları yuvada.
Gecә-gündüz әllәrim
Sәnin üçün duada.

Laylay nazım ağlama,
Sözüm, sazım ağlama.
Yazda dolan bulud tәk,
Can-cığazım ağlama.

Laylay ürәyim, bala,
Arzum, dilәyim, bala.
Ürәyimin bağından
Açan çiçәyim, bala

Laylayım el başına,
Sancılsın tel başına.
Səni kim istəməsə,
Qalmasın il başına.

Laylayın huşla yuxla,
Qәmlәri boşla yuxla.
Bu yan çәmәn, o yan gül,
Birini xoşla yuxla.

Laylayın lala-lala,
Dağdan axdı şalala.
Gözlәrin ulduzlara,
Qaşın bәnzәr hilala.

Laylayın otağında,
Gül töküm yatağında.
Gül açılsın qönçәsı,
Qızarsın yanağında

Laylayın uca-uca,
Dağların boyu uca.
Körpәlәr cavan oldu,
Öldülәr qarı-qoca.

Oxunur әzan, bala,
Dur geyin, bәzәn, bala.
Boyuna anan qurban,
Tap-tapı gәzәn bala.

Oyaq qallam yatınca,
Gözlәrәm ay batınca.
Qolum yasdıq eylәrәm,
Sәn hasilә çatınca.

Yeni gül-çiçək olsun,
Yarpağı ləçək olsun.
Bir bala göstərin ki,
Balamdan göyçək olsun.

Mənbə

  • [1] GÜNEY AZƏRBAYCAN FOLKLORU V KİTAB BAKI – 2015