Şuşanın dağları başı dumanlı: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Redaktənin izahı yoxdur
Sətir 10: Sətir 10:
| il =
| il =
| qeydlər =
| qeydlər =
| vikipediya_keçidi = Şuşanın dağları başı dumanlı
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
}}
{{Vikipediya}}
<poem>
<poem>
Şuşanın dağları başı dumanlı,
Şuşanın dağları başı dumanlı,

15:58, 2 noyabr 2020 versiyası

Şuşanın dağları
Müəllif: Şifahi xalq ədəbiyyatı
Sister Projects. Həmçinin baxın: Haqqında •

Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da balam, barı gül.

Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldi gəlinlər, qızlar,
Oturub yol üstə yarını gözlər.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da balam, barı gül.

Şuşanın hər yandan gəlir sorağı,
Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları, qızlar oylağı.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da balam, barı gül.