Durnalar (Molla Pənah Vaqif): Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur Teq: Geri qaytarıldı |
Redaktənin izahı yoxdur Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 41: | Sətir 41: | ||
Vaqifin də könlü çox edər pərvaz |
Vaqifin də könlü çox edər pərvaz |
||
Hərdən sizin ilə gəzə, durnalar! |
Hərdən sizin ilə gəzə, durnalar! |
||
Salam dedi Mehemmed size |
|||
dedi aye neylersen |
|||
menki pubg oynarem |
|||
menle gelmessen pochinkiye |
|||
</poem> |
</poem> |
07:49, 21 yanvar 2021 tarixindəki versiya
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Durnalar (Molla Pənah Vaqif) Müəllif: Molla Pənah Vaqif |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz?
Bir xəbər versəniz bizə, durnalar!
Sizə müştaq durur Bağdad elləri,
Gözləyə-gözləyə qalıb yolları,
Asta qanad çalın, qafil telləri
Heyifdir, salarsız düzə, durnalar!
Xeyli vaxtdır yarın fərağındayam,
Pərvanə tək hüsnün çırağındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü, görün, gözə, durnalar!
Mən sevmişəm ala gözün sürməsin,
Bədnəzər kəsibən, ziyan verməsin,
Saqın gəzin, laçın gözü görməsin,
Qorxuram səfnizi poza, durnalar!
Nazənin-nazənin edərsiz avaz,
Ruhlar tazələnir, olur sərəfraz,
Vaqifin də könlü çox edər pərvaz
Hərdən sizin ilə gəzə, durnalar!
Salam dedi Mehemmed size
dedi aye neylersen
menki pubg oynarem
menle gelmessen pochinkiye