Həyat sevgisi: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
73284 dəyişikliyi 158.181.41.134 (Müzakirə) tərəfindən geri alındı. Teq: Geri qaytarma |
Hazırdı Teqlər: Boşaltma Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 1: | Sətir 1: | ||
{{Başlıq |
|||
| başlıq = Həyat sevgisi |
|||
| müəllif = Mikayıl Müşfiq |
|||
| keçidsiz müəllif = |
|||
| tərcüməçi = |
|||
| keçidsiz tərcüməçi = |
|||
| bölmə = |
|||
| əvvəlki = |
|||
| növbəti = |
|||
| il = |
|||
| qeydlər = |
|||
}} |
|||
<poem> |
|||
Ah, mən gündən-günə bu gözəlləşən |
|||
İşıqlı dünyadan necə əl çəkim? |
|||
Bu yerlə çarpışan, göylə əlləşən |
|||
Dostdan, aşinadan necə əl çəkim? |
|||
Dönmə bir şəbnəmə yaz səhərində, |
|||
Könül, günəş kimi parla yerində! |
|||
Göylərin lacivərd ətəklərində |
|||
Gedən bu qovğadan necə əl çəkim? |
|||
Baxınız, dan yeri sökülmüş kimi, |
|||
Dostlar bir cəbhəyə tökülmüş kimi. |
|||
Uzaqdan-uzağa xam gümüş kimi |
|||
Ağaran səhradan necə əl çəkim? |
|||
Təbiət varlıdır, təbiət xəsis, |
|||
İşlədərkən onu, sən ey mühəndis, |
|||
Mən də qart daşlara verdiyim bu hiss, |
|||
Bu incə mənadan necə əl çəkim? |
|||
Bir yanda tərlanlar, dumanlı dağlar, |
|||
Bir yanda kəkliklər, ayna bulaqlar, |
|||
Bir yanda bülbüllər, çiçəkli bağlar, |
|||
Mən bu tamaşadan necə əl çəkim? |
|||
Həyat dedikləri bu keçməkeşdən, |
|||
Qəlbimdə, qanımda yanan atəşdən, |
|||
Gecədən, gündüzdən, aydan, günəşdən, |
|||
Bu əngin fəzadan necə əl çəkim? |
|||
Qarşımda dalğalı dərin bir ümman, |
|||
Ümmanı sarsıdır bir acı tufan, |
|||
Bəyaz köpükləri bir çiçək yapan |
|||
Şeirdən, xülyadan necə əl çəkim? |
|||
Ulduzlar fikrimin çırağbanıdır, |
|||
Bulud xəyalımın karıvanıdır, |
|||
Səma ki, hissimin aşiyanıdır, |
|||
Böylə bir səmadan necə əl çəkim? |
|||
Mehriban sevgilim qarşımda durdu, |
|||
Yenə şairliyim başıma vurdu, |
|||
Məndən məcnun kimi könül maraqla sordu: |
|||
-Bu saçı leyladan necə əl çəkim? |
|||
Xəzan acısına edib təhəmmül, |
|||
Gülün kölgəsində ötəndə bülbül, |
|||
- Həyat, həyat!- deyə çırpınır könül. |
|||
Könüldən, sevdadan necə əl çəkim? |
|||
Sən aldın aşını yeni hisslərdən, |
|||
Ey cavan qələmim, düşmə bəhərdən, |
|||
A dostlar, söyləyin, mən bu hünərdən, |
|||
Bu təbi valadan necə əl çəkim? |
|||
</poem> |
|||
[[Kateqoriya:Qoşmalar]] |