Müsəlmanın halı: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Müsəlmanın halı | müəllif = Üzeyir Hacıbəyov | İli = | mənbə = Üzeyir Hacıbəyov. Seçilmiş əsərləri. 1985. B...' ilə yarat
(Fərq yoxdur)

21:06, 1 aprel 2021 tarixindəki versiya

Müsəlmanın halı
Müəllif: Üzeyir Hacıbəyov
Mənbə: Üzeyir Hacıbəyov. Seçilmiş əsərləri. 1985. Bakı. Yazıçı.


Hökümət qapısında

- Kərbəlayı Bədəl, görə bildin?

- Görə bildim.

- Nə dedi?

- Dedi: "Zavtra"(Sabah)

Ağalar qapısında

- Məşədi Fərəcullah, ağa evdə idi?

- Bəli, evdə idi.

- Səni gördü, nə dedi?

- İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü.

İntelligent qapısında

- Mahmud əmi, razı oldumu?

- Balm, yox!

- Nə üçün?

- Dedi, beş yüz manat ver, yazım.

Dövlətli qapısında

- Kərbəlayı Müseyyib, getmişdin?

- Hə, getmişdim.

- Görə bildin?

- Balam, yox. Səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi.