Çəkə bilməz (Şair Əbdüləzim): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
mənbə: “Ədəbiyyat və incəsənət” qəzeti, №24(1682), 9 iyun 1972. səh.16
Sətir 37: Sətir 37:


</poem>
</poem>
[[Kateqoriya:Qoşmalar]]
[[Kateqoriya:1913-cü ilin qoşmaları]]

12:08, 14 iyul 2021 versiyası

Çəkə bilməz (Şair Əbdüləzim) (1913)
Müəllif: Şair Əbdüləzim
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

İstəyirəm gedəm diyarbadiyar,
Könül vətənindən əl çəkə bilməz.
Gərək bülbül çəkə gülün qəhrini,
Bülbülün qəhrini gül çəkə bilməz.

Yad olubdu qohum, qardaş, el mana,
Yaxın ikən uzaq düşüb yol mana,
İlahim veribdi dərdi bol mana,
Yükləsəm, bir qatar fil çəkə bilməz.

Gün xoş keçər, əgər dövlət, var olsa,
Zərrəcə nəzəri-kirdigar olsa,
Şahlar şahı bir kişiyə yar olsa,
Yığılsa ayağın el çəkə bilməz.

Əbdüləzim dərdü-qəmin dustağı,
Çəkibdi sinəmə dağ üstən dağı.
Bu dərdi, möhnəti, belə fərağı
Mən çəkirəm, heç kəs, bil, çəkə bilməz.