Dağlar (Aşıq Ələsgər): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Sətir 27: Sətir 27:


Yayın əvvəlində dönərsən xana,
Yayın əvvəlində dönərsən xana,
Son ayda bənzərsən yetkin böstana.
Son ayda bənzərsən yetkin bostana.
Payızın zəmhəri*** qoyur virana,
Payızın zəmhəri*** qoyur virana,
Dağıdar üstündən cəlalı, dağlar!
Dağıdar üstündən cəlalı, dağlar!

18:27, 29 avqust 2022 versiyası

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dağlar (1905)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012.

Bahar fəsli, yaz ayları gələndə
Süsənli,sünbüllü, lalalı dağlar
Yoxsulu,ərbabı, şahı,gədanı
Tutmaz bir-birindən alalı* dağlar.
      
Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çeşməsindən Abi-Həyat** car(i) olur,
Dağıdır möhnəti,məlalı dağlar.

Yazın bir ayıdı(r) - çox yaxşı çağın;
Kəsilməz çeşməndən gözəl yığnağın.
Axtarma motalın, yağın, qaymağın...
Zənbur çiçəyindən bal alı(r),dağlar!

Yayın əvvəlində dönərsən xana,
Son ayda bənzərsən yetkin bostana.
Payızın zəmhəri*** qoyur virana,
Dağıdar üstündən cəlalı, dağlar!

Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.

Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı(r).
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!

  • Abi-Həyat - Dirilik suyu,
    • Alalı(alacalı) - fərqli,
      • Zəm bər(zəmhərir) - çox bərk soyuq, şaxta.