Məzmuna keç

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz

Vikimənbə saytından

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,

Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

Artıran söz qədrini sidqilə, qədrin artırar

Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

Bir nigari-ənbərinxətdir könüllər almağa,

Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz.

Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər

Rişteyi-izharə min-min gövhəri-əsrar söz.

Olmayan qəvvasi-bəhri-mə’rifət arif degil

Kim, sədəf tərkibi-təndir, lö’löi-şəhvar - söz.

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.