Məzmuna keç

Xəm qədilə ağlaram ol türreyi-tərrarsız

Vikimənbə saytından
Xəm qədilə ağlaram ol türreyi-tərrarsız
Müəllif: Məhəmməd Füzuli


Xəm qədilə ağlaram ol türreyi-tərrarsız,

Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız.

Sineyi-çakimdən əksik etmə tiri-qəmzəni,

Ey güli-rə’na, bilirsən kim, gül olmaz xarsız.

Saxlamazdım navəkin dildə, bəlasın çəkməsəm,

Su verib ol nəxli bəslərdimmi olsa barsız?

Yol azarsan zülməti-heyrətdə, ey dil, vaqif ol,

Zinhar, ol kuyə varma ahi-atəşbarsız.

Giryəyi-zar ilə xoşhaləm ki, bəhri-eşqdə,

Əşksiz göz bir sədəfdir, lö’löi-şəhvarsız.

Canə azari-xədəngin xoş gəlir, ey qaşı yay,

Bir sifariş qıl ki, bizdən ötməsin azarsız.

Zöhddən keçməz Füzuli, eyləməz tərki-riya,

Pənd çox verdim, eşitməz, arsızdır, arsız.