Xanım (Ağdabanlı şair Qurban)
Görünüş
Xanım Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.49 |
Bir söz deyim qulluğuna:
Ərzim al xanım, al, xanım.
Əmim şəkər məmələrdən,
Şirin bal xanım, bal, xanım.
Ay kimi rübənd tökülüb,
Qaşlar qüdrətdən çəkilib.
Dərdindən qəddim bükülüb,
Olub dal xanım, dal, xanım.
Qaldı səndə arzumanım,
Başına dönüm, dolanım.
Qurban deyir: - çıxdı canım,
Yəqin bil xanım, bil, xanım.