Baqqal kişi və Tutuquşu hеkayəti

Vikimənbə saytından
Baqqal kişi və Tutuquşu hekayəti
Müəllif: Mövlana Cəlaləddin Rumi

Bir şəhərdə, bir baqqal, bir Tuti saxlayardı,
Rəngi yaşıl səsisə, insana oxşayardı.
Dükanda yaşayardı, dükanı qoruyardı,
Bütün tacirlərlə o, şirin söhbət qurardı.
Xitab etməkdə şəxsə, məharətli natiqdi,
Tuti tək danışmaqda, dinməkdə sadiq idi.
Bir gün dükan sahibi, evlərinə getmişdi,
Dükanı tutisinə, o, etibar etmişdi.
Birdən bir zirək pişik, varidi- dükan2 oldu.
Siçan qovdu tutmağa, Tuti herasan3 oldu.
Tuti uçdu qorxudan, dükanda qanad çaldı,
Qanadları toxundu, yağ qutusu dağıldı.
Bir azdan baqqal gəldi, kördü yağlar dağılmış,
Dükan qarışmış tamam, Tuti bir küncdə qalmış.
Baqqal dükana gircək, üst-baş yağa bələndi.
Tutiyə zərbə vurdu, baş tükləri ələndi.
Tuti neçə gün susdu, danışmadı dinmədi,
Baqqal tamam pərt oldu , peşmançılıq sönmədi.
Saqqal yolub söylədi, gör başıma nə gəldi,
Nemətimin günəşi, buludlar altda qaldı.
Ey kaş əlim sınaydı, dükanıma varanda,
Şirin dilli Tutimin, başına əl vuranda.
Gördüyü dərvişlərə, tez verirdi hədiyyə,
Sanırdı o, dərvişlər, əlac edər Tutiyə.
Üç gün, üç gecə keçdi, baqqal ümüdsüz oldu,
Ümüdini itirdi, susmağa məcbur qaldı.
Onun qəmi-qüssəsi, artdı, daha çoxaldı,
Dedi: Bu yazıq quşun, nədən dili lal oldu?
Tutini hər gün görür, təsir edirdi ona,
Təəccüblə dişini, sıxırdı dodağına.
Dəmbədəm hər söz başı, deyirdi işim çətin,
Görən eşidərəmmi, quşun, şirin söhbətin.
O, ümüd edirdi ki, quş danışıb dinəcək,
Quşun xoş sifətini, yenə hər gün görəcək.
Birdən yamaqlı paltar, kişi yoldan keçirdi.
Başı teşt arxası tək, keçəl soldan keçirdi.
Tuti dilə gələrək, belə söylədi haman,
Səsləyib çağıraraq, dedi, ona ey filan.
Ki, sən ey keçəl kişi, nədən keçəl olmusan?
Sən də yağ dağıtmısan, ya tükünü yolmusan?
Bənzətməni eşitcək, xalq gülüşdü bu işə,
Çünki Tuti halını, oxşadırdı dərvişə.
Pak əməlli halını, öz işinə oxşatma,
Sən gəl “şirin” sözünü, “şir” sözünə oxşatma.
Dünyamız bu səbəbdən, yolunu azan olmuş,
Çün Tanrı dərvişindən, agah olan az olmuş.
Özlərini Nəbi tək, alim şəxs sanırdılar,
Övliyalarmızı, çoxda tanımırdılar.
Belə söyləyirdilər, biz bəşər, onlar bəşər,
Onlarda bizim kimi, işləyər, yeyib- içər.
Lakin heç bilmirdilər, korluqdan görmürdülər,
Fərq olub olmamağın, heç duya bilmirdilər.
İki arı çəməndə, bəhrələnər çiçəkdən,
Biri sancar, o biri, bal toplayar ləçəkdən.
İki ahu otlaqda, su içər ot otlayar,
Biri otlaq təzəklər, biri müşk hazırlayar.
Qamışlıqda iki ney, bir göldən su içərlər,
Birisi boş qalmışdır, birin şəkər çəkərlər.
Yüzlərlə dinlər vardır, bir-birinə oxşardır,
Lakin diqqət eyləsən arasında fərq vardır.
Biri yeyərkən ondan, iyli murdar ayrılar,
Yeyər başqa bir vücud, Tanrı nuru var olar.
Biri nuş edər, içər, doğar paxılla və Həsəd,
Yeyər başqa bir vücud, o, olar nuri Əhəd.
Bir hissə şirin torpaq, bir hissə şoran torpaq,
Bir hissə təmiz torpaq, bir hissə divə ovlaq.
Hər iki surət əgər, oxşasa bir-birinə,
Acı suyla, şirin su, səfadır hər birinə.
Zövq sahibi lazımdır, tanısın təamları,
Yesin balın şəhdini, kənar etsin mumları.
Sehri möcüzə ilə, oxşadıb etmiş qiyas,
Çünki hər ikisi də, məkrdən almış əsas.
Sehirçilər hiyləylə yox etməkçin Musanı,
Yondular Musadakı, oxşar olan əsanı.
Bu əsayla, o əsa, arasında fərq böyük,
Bu əməllə, o əməl, arasında fərqli yük.
Başında sehrli olan, qafaya olsun lənət,
İçində vəfa olan, əmələ olsun rəhmət.
Kafirlər meymun kimi, bir-birin vurmaqdadır,
Bir afət gəlmiş yenə, insanı yormaqdadır.
Nə qədər bir-birinə, xalq meymunluq eyləsə,
Özü alar cavabın, digərə nə söyləsə.
Kafər guman eyləyir, onun tək xətakaram,
Necə bilər fərqi, o, istehzalar axtaran.
Biri Tanrı əmriylə, istehzayla digəri,
İstehzalı sifətlər, səpsin başa külləri.
İki üzlü riyakar, guya namaz qılırlar,
Qıldıqları namazı, namaz adlandırırlar.
Oruc tutmaq, namazda, Həccə getmək, zəkatda,
Münafiq, riyakarlar mömini qoyar matda.
Lakin oyunda qalib mömin çıxar aqibət,
Tanrı münafiqləri, mat saxlayar axirət.
Gərçi onlar hər biri, bir taxta arxasında,
Lakin fərqləri isə, yerlə göy arasında.
Hərə gedir bir yolu,öz məqamın axtarır,
Öz-özünə müvafiq, hərə bir yola varır.
Tanrı möminlərinə, şadlıq sevinc gətirər,
Münafiqləri isə, cəhənnəmə yetirər.
Bir həxs əgər sevilsə, zatında var sevilmək,
Əgər bir şəxs söyülsə, zatında var söyülmək.
«Mimü», «Vavü», «Mimü», «Nun» insana şərif3 de¬yi¬l,
Heç də «Mömin» gəlməsi mərd üçün tərif deyil.
Gər münafiq gəlməsi, eşidilsə bir yerdən,
Bir əqrəb gəlməsi tək, deşib keçər hər yerdən.
cəhənnəm gəlməsində, yoxdur cəhənnəm odu,
Sözün adın çəkməklə, bilinməz onun dadı.
Ad sahibi çirkinsə, adın nə günahı var,
Dənizdə su acısa, qabın nə günahı var.
Qabdakı su mənadır, onu saxlayansa qab,
Məna dənizi olmuş, « İndəhu ümmül kitab»
Tanrıda qüdrətə bax, qoşadır iki dəniz,
Suları acı şirin, qarışan görmürük biz.
Dənizlər ikisidə, bir mənbədən axırlar,
Mənbə ilahi mənbə, o mənbədəndir onlar.
Əgər qızıl qəlb isə, yaxud təmiz qızılsa,
Heç vaxt bilə bilməzsən, məhək daşı olmasa.
İnsan da öz canını, məhək qoyub yoxlasa,
Şübhəsiz o tapacaq, xəstəlik harda olsa.
Əgər bilmək istəsən, qəlbini Mustafanın,
Sənin ürəyin gərək, kanı olsun vəfanın.
Əgər düşsə bir Xaşak, canlı insan ağzına,
Sakit qala bilməz o, əl salar boğazına.
Min tikə xörək olsa, içindən bir tük çıxsa,
Yalnız ürək bulanar, təsir etməz heç kəsə.
Dünyamızı hiss etmək, nərdivandır cahana,
Üqbamızı hiss etmək, nərdivıan asimana.
Bu hissin sağlamlığın, siz təbibdə axtarın,
O hissin sağlamlığın, tək həbibdə axtarın.
Bu hissin sağlamlığı, camaldan bəhrələnir,
O hissin sağlamlığı, əməldən bəhrələnir,
Canlar alandır O Şah, cismimiz viran edər,
Sonra viran etdiyin, yenə abadan edər.
Afərin o cana ki, Böyük Tanrısın,
Mülkü, canı, varını, yolunda bağışlasın.
Biri xəzinə üçün, etdi viran xanəni,
Həmin xəzinədən, tikdi o viranəni.
Suyu kəsdi arxından, onu pak-təmiz etdi,
Sonra suyu buraxdı, özünü sirab etdi.
Dərisini deşərək, çəkdi öz peykanını,
Sonra dəriyə verdi, sağalmaq imkanını.
Düşməni qırmaq üçün, etdi viran qalanı,
Tikdi özü yenidən, özü quran qalanı.
Keyfiyyətli bir əməl, şəksiz şübhəsiz olar,
Mənim söylədiklərim, zərurətdir düz olar.
Gah belə eyləyər o, gah da onun əksini,
Dinə vurulmalısan, sevməlisən ayini.
Elə heyran olma sən, Haqqa uzaq qalasan,
Belə heyran ol ki sən, sevgidən məst olasan.
Dostuna tərəf hər an, birinin sifətidir,
Digərinin sifəti, san Tanrı sifətidir.
Hərənin sifətinə bax saxla ehtiramın,
Xidmət edən sifətlər, heyran edəcək hamın.
O qədər iblis təkin, insan sifətlilər var,
Başa düş hər bir ələ, əl uzatmaqmı olar?
Çünki ovçu quş kimi, çıxardar tez-tez səsin,
Məqsədi o ovçunun, doldurmaqdır tələsin.
Quşlar eşidən zaman,öz cinsinin səsini,
Enəcəkdir səmadan, tapacaq tələsini.
Dərvişlərin sözlərin, rəzillər oğurlayar.
Sanki o da dərviş tək, ilanlar ovsunlayar.
Kişilərin əməli, doğru, səmimi olar.
Rəzillərin əməli, hiylələr kimi olar.
Nəhəng şiri götürüb, dilənməyə gedən var,
Rəzil Əbu Müslümü Əhmədə tay edən var.
Əbu müslüm ləqəbi yaddaşda kəzzab qaldı,
Məhəmmədin ləqəbi, bil, Üluləlbab oldu.
Haqqın meyi qurtarsa, gələr ətri müşkünab,
Badələr qurtaranda, qalar iyli bir əzab.