Ey mələksima ki, səndən özgə heyrandır sana: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
New page: Ey mələksima ki, səndən özgə heyrandır sana,<br> Həq bilir insan deməz, hər kim ki, insandır, sana. Verməyən canın sənə bulmaz həyati-cavidan,<br> Zindeyi-cavid ona derl...
 
Redaktənin izahı yoxdur
Sətir 19: Sətir 19:
Ey Füzuli, xuburlardan təğafüldür yaman,<br>
Ey Füzuli, xuburlardan təğafüldür yaman,<br>
Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana!
Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana!

[[Kateqoriya:Məhəmməd Füzuli]]
[[Kateqoriya:Füzuli qəzəlləri]]

19:31, 13 yanvar 2007 tarixindəki versiya

Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həq bilir insan deməz, hər kim ki, insandır, sana.

Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana.

Aləmi pərvaneyi-şəmi-cəmalın qıldı eşq,
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.

Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.

Çıxma yarım, gecələr, əğyar tənindən saqın,
Sən məhvi-övci-məlahətsən, bu nöqsandır sana.

Padişahım, zülm edib aşiq sana zalim demiş,
Xuburlardan yaman gəlməz, bu böhtandır sana.

Ey Füzuli, xuburlardan təğafüldür yaman,
Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana!