Bir məktuba cavab (Bir vəqti-xocəstə, hiyni-xürrəm): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '<poem>Bir vəqti-xocəstə, hiyni-xürrəm- Kim, talib idi könül dəmadəm. Bir qasidi-xoşxəbər, hünərvər, Yəni rəvişi kəmali-şəkkər, Cünbani-səlasili-müval...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Başlıq
| başlıq = Bir məktuba cavab
| müəllif = Seyid Əzim Şirvani
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}

<poem>Bir vəqti-xocəstə, hiyni-xürrəm-
<poem>Bir vəqti-xocəstə, hiyni-xürrəm-
Kim, talib idi könül dəmadəm.
Kim, talib idi könül dəmadəm.

11:36, 12 fevral 2014 versiyası

Bir məktuba cavab
Müəllif: Seyid Əzim Şirvani


Bir vəqti-xocəstə, hiyni-xürrəm-
Kim, talib idi könül dəmadəm.
Bir qasidi-xoşxəbər, hünərvər,
Yəni rəvişi kəmali-şəkkər,
Cünbani-səlasili-müvalat,
Həm baniyi-xaneyi-məalat,
Ramidehi-xatiri-rəmidə,
Şadidehi-qəlbi-qəmrəsidə,
Məktubi-şərifini gətirdi,
Dildən qəmü qüssəmi götürdi.
Nə namə ki, məhz ruhə rahət,
Sərməşqi-fəsahətü bəlağət!
Dil bəzmini eylədi münəvvər,
Can bağını qıldı tazavü tər.
Bər verdi ümidimiz nihali,
Dil mənzili qəmdən oldu xali.
Məzmunu çün oldu cümlə məfhum,
Rəf oldu könüldə dərdi-məğmum.
Təsnimi-həvayi-inbisatı,
Açdı dil ara güli-nişatı.
Hər nüktə ki, olmuş idi izhar,
Dil oldu qamusuna xəbərdar.