Vikimənbə:Günün mətni/noyabr 9: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
NKOzi (müzakirə | Fəaliyyətlər)
kRedaktənin izahı yoxdur
NKOzi (müzakirə | Fəaliyyətlər)
Redaktənin izahı yoxdur
Sətir 26: Sətir 26:
</poem>
</poem>
</div>
</div>
<div style="text-align:right;">[[14. Dastanın başlanğıcı|'''Ardını oxu...''']]</div>
<div style="text-align:right;">[[Leyli və Məcnun (Nizami Gəncəvi)/Dastanın başlanğıcı|'''Ardını oxu...''']]</div>


<noinclude>
<noinclude>

13:30, 6 noyabr 2014 versiyası

Dastanın başlanğıcı
Nizami Gəncəvi

Bu söz incisini düzən zaman mən,
Böylə danışmışdı bu nəqli deyən:
Ərəb torpağında bir kişi varmış,
Şöhrəti, hörməti aşıb daşarmış.
O imiş başçısı Amirilərin,
Abadmış torpağı olduğu yerin.
Yel kimi əsdikcə şöhrəti, sanı,
Ətirlə yuyarmış Ərəbistanı.
İnsanlıq elmində bolmuş hünəri,
Heyrətə salarmış o, dünyaləri.
Ondaymış ərəbin hər ixtiyarı.
Qaruna bənzərmiş dövləti, varı.
Fəqirlər, qonaqlar razıydı ondan,
Bəxti çıxmamışdı öz qabığından.
O, bir xəlifə tək məşhur olsa da,
Övladsız, işıqsız bir şamdı o da.
Sədəfdən daha çox oğul arardı,
Dənsiz sünbül kimi dən arzulardı.
Deyərdi, bəxt gəlib imdada çatsın,
Onun da ağacı bir budaq atsın.
Özü sərv kimi qopsa kökündən,
Başqa sərv boy atsın onun mülkündən.