Vikimənbə:Günün mətni/noyabr 1: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
NKOzi (müzakirə | Fəaliyyətlər)
Səhifəni ''''Padşaha xitab'''
''Nizami Gəncəvi''
<poem>Sən, ey can aləmi, ey aləmə can! Ey...' ilə yarat

NKOzi (müzakirə | Fəaliyyətlər)
Redaktənin izahı yoxdur
Sətir 24: Sətir 24:
</poem>
</poem>

[[6. Padşaha xitab|'''Ardını oxu...''']]

[[Leyli və Məcnun (Nizami Gəncəvi)/Padşaha xitab|'''Ardını oxu...''']]

<noinclude>
<noinclude>

13:35, 6 noyabr 2014 tarixindəki versiya

Padşaha xitab
Nizami Gəncəvi

Sən, ey can aləmi, ey aləmə can!
Ey insan qəlbini güldürən insan!
Günəşin taxtından tacın ucadır,
Cəmşidin taxtından taxtın qocadır.
Sənin idrakınla dünya abaddır,
Sənə qul olmaqla insan azaddır.
Sənin fərmanınla bütün ölkələr
Azad nəfəs alır, düzdür bu xəbər.
Bir sən əzizlədin bütün dünyanı,
Sənindir dünyanın hökmü, fərmanı,
İslamın bəzəyi olmuşdur xütbən,
Xəlifə puludur sənin bu sikkən.
Biz sənin duanla öpsək torpağı.
Qızıl güllər açar qanqal yarpağı.
Bir sənin sikkəni vursalar daşa,
Qızıl-gümüş olar yer başdan-başa.
Nədir o səndəki şanlı əzəmət?
Keşikçin olmuşdur sənin səadət.
Mehtərin olmuşdur fələk, hər zaman,
Arpa-saman alır o anbarından.