Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 37: Sətir 37:
* '''Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 309'''
* '''Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 309'''


[[Kateqoriya:Mirzə Ələkbər Sabir qəzəlləri]]
[[Kateqoriya:Mirzə Ələkbər Sabirin qəzəlləri]]

10:02, 30 noyabr 2014 tarixindəki versiya

Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm
Müəllif: Mirzə Ələkbər Sabir


Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,
Kipriyimlə asitanın gərdini pak eylərəm.

Ta ki, gördüm sağəri səhbadə əksi-surətin,
Ömrlərdir ki, cəhanda xidməti-tak eylərəm.

Eşqini asan bilirdim, çəkdi ish risvalığa,
Shimdi risvayi-cəhan oldum, nədən bak eylərəm?

Boynuma saldım o ziyba tələtin zülfi-kəcın,
Türfə caduyəm, füsuni-mari-Zöhhak eylərəm.

Vəslə ümmid olsa, hicrində bu cari ünsürü,
Əşki-çeşmim seylinin mövcündə xaşak eylərəm.

Urma shanə zülfünə, narahat etmə könlümü,
Zülfünə dəydikcə şanə könlümü çak eylərəm.

Sabira, torpağa saldı sayə rəna dilbərim,
Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm.

Mənbə

  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 309