Mən (Aşıq Nəcəf): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Redaktənin izahı yoxdur
k Araz Yaquboglu Mən səhifəsinin adını Mən (Aşıq Nəcəf) olaraq dəyişdi.
(Fərq yoxdur)

08:59, 29 yanvar 2015 tarixindəki versiya

Mən
Müəllif: Aşıq Nəcəf

Gecə də, gündüz də yalvarışdayam,
Tutmuşam Tanrının ətəyindən mən.
Hay verən tapılmır, hey püfləyirəm,
Hələ ki, düzlüyün tütəyindən mən.

Hayıf, nadan üçün tökdüm göz yaşı,
Bedasıl yolunda ağartdım başı.
Ayıra bilmədim qohum-qardaşı,
Şər-böhtan, kin-küdrət ətəyindən mən.

Nəcəf çox sınadı mənəm deyəni,
Hey yıxılan gördüm özün öyəni.
Nadan qamçısıyla döysə yüz məni,
Ayrılmaram haqqın pətəyindən mən.

Mənbə