Etiqadın ilə möhkəm bil yəqin ey pürxirəd: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Etiqadın ilə möhkəm bil yəqin ey pürxirəd | müəllif = Nəcəfqulu bəy Şeyda | keçidsiz müəllif = | tərcüm...' ilə yarat
 
Redaktənin izahı yoxdur
 
Sətir 9: Sətir 9:
| növbəti =
| növbəti =
| il = 25 dekabr 1924
| il = 25 dekabr 1924
| qeydlər =
| qeydlər = Mənbə: Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006.
| vikipediya_keçidi =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| vikisitat_keçidi =

Səhifəsinin 13:30, 6 fevral 2015 tarixinə olan son versiyası

Etiqadın ilə möhkəm bil yəqin ey pürxirəd (25 dekabr 1924)
Müəllif: Nəcəfqulu bəy Şeyda
Mənbə: Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006.


Etiqadın ilə möhkəm bil yəqin ey pürxirəd,

Ciddü cəhd verməz səmər ta olmasa həqdən mədəd.

Bəxşişi əhli səxanın bəzminə mümsək nədən,

Büxli-xübsindən edir hər yerdə hər dəmdə həsəd.

Hümməti-hali-xəsayildən doğar əf’ali xeyr,

Xeyirdən tolid xeyr eylə, xəbaisdən də bəd.

Kuşeşin sanma əbəs kim canfəşanlıq eyləyir,

Məsləki-həqdə durub qayim-qiyam eylər əbəd.

Səy qıl əhli-təriqət məsləki tapsın səbat,

Firqeyi-bütlan olub məhv qalmasın heç bir əhəd.

Bavər etmə ədli üzrə eyləsin divan o şəxs,

Gər olursa hökmranlıqda əsasən müstəbəd.

Firqə-firqə oldu millət, məsləki pozğunlaşıb,

Qalmadı, Şeyda, məgər həq yolda bir əqəll ədəd.