İstifadəçi müzakirəsi:Eminn: Redaktələr arasındakı fərq

Səhifə məzmunu digər dillərdə dəstəklənmir.
Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 70: Sətir 70:
Salam Emin bəy. VikiMənbədə bir işə yaradığım və Mükafatlandırıldığım üçün Sizə təşəkkürlər. --[[İstifadəçi:Araz Yaquboglu|Araz Yaquboglu]] ([[İstifadəçi müzakirəsi:Araz Yaquboglu|talk]]) 19:23, 31 yanvar 2015 (UTC)
Salam Emin bəy. VikiMənbədə bir işə yaradığım və Mükafatlandırıldığım üçün Sizə təşəkkürlər. --[[İstifadəçi:Araz Yaquboglu|Araz Yaquboglu]] ([[İstifadəçi müzakirəsi:Araz Yaquboglu|talk]]) 19:23, 31 yanvar 2015 (UTC)


== Yeni mətnlərlə əvəzləmək ==
== [[VikiMənbə:Günün mətni/mart 18]] ==
*[[VikiMənbə:Günün mətni/mart 18]]
Salam Emin bəy. Bu səhifədəki mətni digər bir mətnlə əvəzləyərdiz. Çünki əsas səhifə silinib. --[[İstifadəçi:Araz Yaquboglu|Araz Yaquboglu]] ([[İstifadəçi müzakirəsi:Araz Yaquboglu|talk]]) 07:19, 20 fevral 2015 (UTC)
*[[VikiMənbə:Günün mətni/fevral 10]]
*[[VikiMənbə:Günün mətni/iyul 27]]

Salam Emin bəy. Bu səhifələrdəki mətnləri digər mətnlərlə əvəzləyərdiz. Çünki əsas səhifələr silinib. --[[İstifadəçi:Araz Yaquboglu|Araz Yaquboglu]] ([[İstifadəçi müzakirəsi:Araz Yaquboglu|talk]]) 07:19, 20 fevral 2015 (UTC)

07:26, 20 fevral 2015 versiyası

Arxiv

Kateqoriyalar

Araz müəllim, salam. Fəaliyyətiniz üçün çox sağ olun. Amma kateqoriyaları çox şaxələndirməyə ehtiyac yoxdur. Onilliklərə görə əsərlər kifayət edir, şeirlər, gəraylılar parçalamayaq hələ ki. Digər vikilərə baxıram, onlarda da elə kateqoriyalar yoxdur. Yorulmayasınız, uğurlar!--Emin ismarış 13:18, 13 dekabr 2014 (UTC)[cavabla]

Salam Emin bəy. Necə deyirsiz elə olsun. Amma ki digər vikilərdə gəraylı, təcnis olmaya bilər. Çünki bir çox millətlərin ədəbiyyatında bu növlər yoxdur. Bu Azərbaycan, türk, Şərq ədəbiyyatına xas şeirlərdir. --Araz Yaquboglu (talk) 13:25, 13 dekabr 2014 (UTC)[cavabla]
Kökdən kateqoriyaları yaradıb sonra şaxələndirərik, belə qarışıqlıq ola bilər. Ana kateqoriyaları sistemləşdirsək, sonrakılar problem olmayacaq.--Emin ismarış 13:27, 13 dekabr 2014 (UTC)[cavabla]
Məncə qlobal kateqoriyalara tək-tək şeirləri əlavə etməkdənsə elə Abbas Səhhətin şeirləri kateqoriyası əlavə olunmalıdır. Məsələn belə: Kateqoriya:Orta dövr şeirləri. Oxucu o kateqoriyada istədiyi şairin şeirini tapmaqda çətinlik çəkəcək. --Araz Yaquboglu (talk) 14:45, 13 dekabr 2014 (UTC)[cavabla]
Müəllif səhifələrində bölmələrdə olacaq əsərlərin adı. Elə kateqoriyalara ehtiyac yoxdur.--Emin ismarış 14:58, 13 dekabr 2014 (UTC)[cavabla]

Buraya baxın. Axı orada şairin əsərləri mən yaratdığım kateqoriyalar kimi kateqoriyalardadır. --Araz Yaquboglu (talk) 15:13, 13 dekabr 2014 (UTC)[cavabla]

Onlarda müəllif ad fəzasına da rast gəlmədim. En vikini nümunə götürmək daha məqsədəuyğundur, bir də indi bizim vikipediyada istifadə olunan kateqoriya sistemi ilə uyğunlaşdırmaq lazımdır.--Emin ismarış 15:21, 13 dekabr 2014 (UTC)[cavabla]
Mən də razıyam ki, vikipediyadakı kateqoriyalara uyğun olunsa yaxşıdır. Bir də ki, əslində yaratdığınız kateqoriyalara alt kateqoriyalar əslində belə olmalıdır. Kateqoriya:Yeni dövr şeirləriKateqoriya:XVII əsr şeirləri, ... Kateqoriya:XX əsr şeirləri (17-ci əsrdən 20-ci əsrə qədər yazılan şeirlər) — Kateqoriya:Onilliklərə görə şeirlərKateqoriya:1920-ci illərin şeirləriKateqoriya:1923-cü ilin şeirləri — və şeirin özü --Araz Yaquboglu (talk) 15:32, 13 dekabr 2014 (UTC)[cavabla]
Salam. İcazənizlə, bir ədəbiyyatçı kimi mən də söhbətinizə qarışım. Şeirləri dövrlərə görə bölməyin heç bir mənası yoxdur. Kimsə şeir axtaranda XIX əsrin şeirləri, XV əsrin şeirləri ilə axtarmır. Özünüz viki-istifadəçi kimi deyil, sadəcə google da axtarış edəndə XX əsrin poemaları kimi axtarış yazdığınız olubmu? Axtaranda hər kəs müəlliflə axtarır. B.Vahabzadənin şeirləri, yaxud İ.Həsənoğlunun qəzəlləri və s. Müəllifləri dövrlərə görə bölmək olar. XII əsrin yazıçıları və s. kimi, amma əsərləri dövrlərə ayırmaq nə dərəcədə düzgündür? --Kriptex (talk) 19:04, 31 yanvar 2015 (UTC)[cavabla]

Qaradağlılar

Salam, Araz bəy. Qaradağlılar səhifəsində düzəliş edirdim. Amma bir məsələdə anlaşılmazlıq var. Səhifəni sizin yaratdığınız üçün sizə yazmaq qərarına gəldim. Qaradağlılar səhifəsində Qaradağlılar/Bayandur sultanQaradağlılar/Məhəmmədqulu xan bölmələri yoxdur. Ona görə də həmin bölmələri digər bölmələrlə əlaqələndirə bilmədim. Siz Qaradağlılar səhisənindəki siyahını nəyə əsasən tərtib etmisiniz?--Emin ismarış 12:06, 13 yanvar 2015 (UTC)[cavabla]

Salam Emin bəy. Qaradağlılar səhifəsinə 5-ci və 20-ci sıralarda əlavə etdim. Mən səhifəni hazırlarkən Qaradağlılar kateqoriyasından əlifba sırası ilə istifadə edərək yaratmışam. Görünürür ki dediyiniz bölmələr bilmədən siyahıda silinib. Diqqətiniz üçün sağ olun. --Araz Yaquboglu (talk) 12:52, 13 yanvar 2015 (UTC)[cavabla]

Tərcümə

Salam Emin bəy. Qriqori Qorinin "Kirpi" adlı hekayəsinin silinməsi Qriqori Qorin üçün müəllif hüquq pozuntusudu eləmi? Hekayəni tərcümə edən qızımdır. Tərcüməçi üçün müəllif hüququ bu məsələdə rol oynamır eləmi, anladığım qədər. --Araz Yaquboglu (talk) 06:54, 18 yanvar 2015 (UTC)[cavabla]

Salam, Araz müəllim. Həmin hekayə Qriqori Qoriyə görə silinib. Amma tərcümə işlərində tərcüməçinin də müəllif hüquqları var. Ümumiyyətlə, digər vikilərdə müşahidə aparıb dəqiqləşdirmək lazımdır ki, istənilən müəllifin istənilən yerdə çap olunan əsərləri bura daxil edilməlidir ya yox.--Emin ismarış 13:30, 18 yanvar 2015 (UTC)[cavabla]

kateqoriya və səhifə silinməsi

Emin salam. menim yaratdığım bir neçə səhifə və kateqoriyanı silmisiz. Nəbi Xəzri və Mədinə Gülgünlə bağlı olaraq. Müəllif hüququ pozuntusu səbəbindən. Bunu necəsə düzəltmək olar? Yəni icazə olma şablonu və s. Birdə bizdə neçə ildi bu məhdudiyyət 100 ya 70? --Kriptex (talk) 17:57, 18 yanvar 2015 (UTC)[cavabla]

Salam. [1] Bizdə 70 ildir müddət. Müəlliflik hüququndan necə imtina etmək olar bilmirəm, yəqin ki, bu məhkəmə ilə həll olunur. --Emin ismarış 18:01, 18 yanvar 2015 (UTC)[cavabla]

Çox sağ olun. Müəllifin özündən və ya dünyasını dəyişibsə ailəsindən icazə almaqla necə? mümkündürmü?--Kriptex (talk) 18:25, 18 yanvar 2015 (UTC)[cavabla]

Təəssüf ki, bu haqda dəqiq məlumatım yoxdur.--Emin ismarış 18:26, 18 yanvar 2015 (UTC)[cavabla]

Təəssüf! Bir də axı biz müəllif hüquqlarını pozmuruq. Müəllifin adı göstərilir, artıq nəşr olunmuş bədii əsərləri yerləşdiririk. --Kriptex (talk) 18:35, 18 yanvar 2015 (UTC)[cavabla]

Vikilayihələrdə yerləşdirilən məlumatlar azad olmalıdır, yəni istənilən şəxs bu məlumatlardan istifadə edə bilməlidir. Müəllif hüququ ilə qorunan əsərlərin icazəsiz yayılması qadağandır. Burda yerləşdirilə bilməz.--Emin ismarış 18:39, 18 yanvar 2015 (UTC)[cavabla]

Aydındır. --Kriptex (talk) 18:42, 18 yanvar 2015 (UTC)[cavabla]

Ümid edirəm, bu silinmələr Sizin fəallığınızı azaltmayacaq. Hal-hazırda Vikimənbəyə töhfə verən çox az sayda istifadəçi var ki, onlardan biri də Sizsiniz. Uğurlar.--Emin ismarış 18:44, 18 yanvar 2015 (UTC)[cavabla]

Xeyr əlbəttə. Hələ bir necə səhifə və kateqoriya da silinəcək. Daha diqqətli olacam ki, məqalə sayı azalmasın. Sizə də uğurlar. --Kriptex (talk) 18:52, 18 yanvar 2015 (UTC)[cavabla]

Bəli, kifayət qədər silinməli səhifələr var. Amma statistikanın kəskin aşağı düşməməsi üçün hamısının birdən silinməsi düzgün olmazdı.--Emin ismarış 18:53, 18 yanvar 2015 (UTC)[cavabla]

Salam

Salam, Araz bəy. Kateqoriyalaşdırma işinə nəzər salarsınız, ola bilər ki, ədəbiyyat nümunələrini kateqoriyalaşdırarkən səhvə yol verirəm. Bütün təsnifatı dərindən bilmirəm mən, Siz bu sahədə daha təcrübəlisiniz. Təşəkkürlər.--Emin ismarış 17:11, 27 yanvar 2015 (UTC)[cavabla]

Salam Emin əzizim. Bilirəm baxacam. Dünən biri qarşıma çıxdı düzəltdim. Yenə də nəzərdən keçirəcəm. Müraciətiniz üçün çox sağ olun. --Araz Yaquboglu (talk) 09:27, 28 yanvar 2015 (UTC)[cavabla]
Bir çox kateqoriyaların vikidatalarını da düzəltdim. Hətta Rusca Vikimənbədə də kateqoriya vikidatalarında da redaktələr etdim. --Araz Yaquboglu (talk) 12:16, 28 yanvar 2015 (UTC)[cavabla]

Kateqoriya silinmə

Salam. Bakıxanovla bağlı bütün kateqoriyaları silmisiniz. Ümumiyyətlə baxdım, ədəbiyyatla bağlı kateqoriyaları silirsiz. Umumi qəzəllər, şeirlər kateqoriyalarına daxil edirsiz. Bu düzgün deyil. Tutalim mən viki istifadəcisi deyiləm, şagirdəm məsələn, axtarış aparanda çox çətin olacaq. Füzulinin qəzəllərini axtarmaq üçün "Qəzəllər"kateqoriyasını açıb bir-bir baxmalıyam ki, hansının müəllifi kimdir? Konkret bir müəllifin əsərləri mənə lazımdırdırsa birləşdirici səhifə Müəllif:xxx səhifəsi olur. Amma heç də bütün müəlliflərin əsərləri səhifələrində toplanmayıb. Kateqoriyalarında toplanmışdı amma. Rus vikimənbəsində daha yaxşı variantı məncə. Məs: Müəllif səhifəsi: ru:Иван Андреевич Крылов , Kateqoriya: ru:Категория:Иван Андреевич Крылов .

Ümumiyyətlə, kateqoriyaların yaradılmasını vahid qaydalara bağlamaq lazımdır. Yoxsa birimiz yaradıb birimiz siliriksə bu iş olmadı. Statiskiya da təsir göstərir, sizin də vaxtınız gedir, bizim də. Hörmətlə, --Kriptex (talk) 18:50, 31 yanvar 2015 (UTC)[cavabla]

Salam. Ayrı-ayrı müəlliflərin əsərləri Müəllif səhifəsində göstəriləcək, həmin kateqoriyalara ehtiyac yoxdur. Müəllif səhifəsi ilə eyni funksiyanı yerinə yetirir o kateqoriyalar. Kateqoriyalarda dövrə görə, növünə görə, mövzusuna görə əsərləri qruplaşdırmaq lazımdır. Əsərlərə aid məlumatları dəqiqləşdirdikdən sonra kateqoriyaları dəqiqləşdirə biləcəyik. İngilis, fransız, türkcə vikimənbələrdə də belədir. Silmək, yaratmaq problem deyil, əsas odur ki, nəticədə ən uğurlu variantı tətbiq edək.--Emin ismarış 19:20, 31 yanvar 2015 (UTC)[cavabla]

Salam. Siz bilərsiniz. Əsərlərin adı ilə bağlı kateqoriyalar necə olacaq? --Kriptex (talk) 16:34, 2 fevral 2015 (UTC)[cavabla]
Salam, kitablar Kitablar kateqoriyasında olmalıdır. İlinə, mövzusuna görə kateqoriyalara bölmək lazımdır.
Axsaminiz xeyir. Nəzərdə tutduğum sirf kitablar deyil. Məs: A.Bakıxanovun Mişkatul-ənvar poemasını yaratmaq istəyirəm. Baxıram ki, kateqoriyalarda toplanıb əsərlər. məs H.Cavidin dramlarını yaratmışdım. A.Yaquboğlu onları eyniadlı kateqoriyalarda toplayıb. Səyavus dramı Səyavus kateqoriyasında Kateqoriya:Səyavuş, Topal Teymur Topal Teymur Kateqoriyasında Kateqoriya:Topal Teymur və s. Buna baxıb mən də Azərbaycan şairi Nizami, Sərbəst insanlar ölkəsində və s. bu cür kateqoriyalar yaratmışdım. İndi ciddi dəyişikliklər edirsiz vikimənbədə. Bu tip kateqoriyalar üçün nə nəzərdə tutmusuz? --Kriptex (talk) 19:44, 7 fevral 2015 (UTC)[cavabla]
O əsərləri Poemalar, dramlar kateqoriyasına əlavə etmək lazımdır. Burda bir problem onunla bağlı olacaq ki, məsələn bir əsərin bir neçə hissəsinin hamısına kateqoriya əlavə edək ya yox. Əslində ancaq əsas səhifədə kateqoriyanın olmağı kifayət edir. Sizin fikriniz necədir?--Emin ismarış 09:35, 10 fevral 2015 (UTC)[cavabla]
Fikirimi bildirməyi lazım bildim. Müxtəlif hissələri olan əsər bir kateqoriyada (əsərlə eyni adda) cəmlənsin və kateqoriya dram və ya poema kateqoriyasına salınsın. Belə daha yaxşı olacaq. Məsələn: SəyavuşKateqoriya:Səyavuş --Araz Yaquboglu (talk) 10:18, 10 fevral 2015 (UTC)[cavabla]

Təşəkkür

Salam Emin bəy. VikiMənbədə bir işə yaradığım və Mükafatlandırıldığım üçün Sizə təşəkkürlər. --Araz Yaquboglu (talk) 19:23, 31 yanvar 2015 (UTC)[cavabla]

Yeni mətnlərlə əvəzləmək

Salam Emin bəy. Bu səhifələrdəki mətnləri digər mətnlərlə əvəzləyərdiz. Çünki əsas səhifələr silinib. --Araz Yaquboglu (talk) 07:19, 20 fevral 2015 (UTC)[cavabla]