Dağlar (Aşıq Ələsgər): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 45: Sətir 45:
Ələsgər Məcnun tək yardan yaralı,
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar.
Gəzər səndə dərdli, nalalı, dağlar.
</poem>

[

17:16, 15 fevral 2016 tarixindəki versiya

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dağlar
Müəllif: Aşıq Ələsgər
Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012.

<poem> Bahar fəsli yaz ayları gələndə Süsənli sünbüllü lalalı dağlar Yoxsulu ərbabı şahı gədanı Tutmaz bir-birindən aralı dağlar

Xəstə üçün təpəsində qar olur Hər cür çiçək açır laləzar olur Çeşməsindən abi-həyat car olur Dağıdır möhnəti məlalı dağlar

Yazın bir ayıdı çox yaxşı çağın Kəsilməz çeşməndən gözəl yığnağın Axtarma motalın yağın qaymağın Zənbur çiçəyindən bal alı dağlar!

Yayın əvvəlində dönürsən xana Son ayda bənzərsən yetkin bostana Payızın zəhməri qoyar virana Dağıdar üstündən cəlalı dağlar.

Gahdan çiskin tökər, gah duman eylər, Gah gəlib-gedəni peşiman eylər, Gahdan qeyzə gələr, nahaq qan eylər, Dinşəməz haramı, halalı dağlar.

Ağ xələt bürünər, zərnişan geyməz, Heç kəsi dindirib keyfinə dəyməz, Sərdara söz deməz, şaha baş əyməz, Qüdrətdən səngərli, qalalı dağlar.

Köçər ellər, düşər səndən aralı, Firqətindən gül-nərgizin saralı, Ələsgər Məcnun tək yardan yaralı, Gəzər səndə dərdli, nalalı, dağlar.